cf543bbe-dafa-41f6-9102-475987b6daed..jpg

Qazax rayonunun işğalda olan kəndlərindən yeni görüntülər – VİDEO

Baxış sayı: 424 dəfə baxılıb.

Qazax rayonunun işğalda olan kəndlərindən yeni görüntülər – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qazax rayonunun işğalda olan kəndləri, eləcə də Ermənistanın Berkaber,
Voskepar kəndinin eksklüziv görüntüləri yayılıb.

Bu kəndlərdən danışanda ya arxiv kadrlardan, ya da xəritələrdən istifadə
etmişik. Bu dəfə isə o kəndlərdən görüntülər lentə alınıb.

Qeyd edək ki, Qazaxın işğalda olan bütün kəndlərini çəkmək mümkün deyil. Çünki
üç kəndimiz eksklavdır. Onlar bizdən erməni kəndləri ayırır, digər dörd
kəndimiz isə işğal edilib. İşğalda olan Qızılhacılı Ermənistanın Berkaber kəndi
ilə sərhəddir.

“İTV Xəbər”in əməkdaşları Ermənistanın İcevan, Tbilisi magistralına yaxın
ərazidə də olublar. Bu, Ermənistanın Gürcüstana yeganə quru yoludur. Yolun tam
yanında işğalda olan kəndlərimiz Aşağı Əskipara və Bağanis Ayrım yerləşir. Bu
ərazidən isə Ermənistanın Voskepar kəndi lentə alınıb.

Sözügedən ərazilərdən ilk və eksklüziv görüntüləri təqdim edirik:


Source link