Qazaxda bıçaqlanma hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə rayonun Çaylı kəndində qeydə alınıb.
Belə ki, kənd sakini Vəli Nuruyev bıçaqlanma diaqnozu ilə xəstəxanaya
yerləşdirilib.
Onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər
nəticəsində rayon sakini Vəli Nuruyevə kəsici-deşici alətlə xəsarət yetirməkdə
şübhəli bilinən Amil Qocayev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.