f09da74c-5ef4-4826-a357-ed87dbeffc87..jpg

Qazaxda avtomobilə odlu silahdan atəş açılıb

Baxış sayı: 411 dəfə baxılıb.

Qazaxda avtomobilə odlu silahdan atəş açılıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qazaxda mübahisə zəminində avtomobilə odlu silahdan atəş açılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirib ki, Qazax Rayon
Polis Şöbəsinə rayonun Birinci Şıxlı kəndi ərazisində odlu silahdan atəş
açılması barədə məlumat daxil olub.

Polis əməkdaşları hadisə yerinə gələrək araşdırma aparıblar. İlkin
araşdırmalar zamanı məlum olub ki, rayonun Birinci Şıxlı kənd sakini, 1978-ci
il təvəllüdlü Elşən Yusifov həmkəndlisi, 1981-ci il təvəllüdlü Ülfət
Mustafayevin əyləşdiyi VAZ markalı avtomobilə odlu silahdan iki dəfə atəş açıb.
Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobilə ziyan dəyib.

Hazırda hadisəni törətməkdə şübhəli bilinən şəxsin yerinin müəyyən edilməsi və
istintaqa təhvil verilməsi istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri
davam etdirilir.

Source link