1f5dc31d-dfd3-419d-a5c7-3ed25f859d02..jpg

Qazaxda narkokuryerlik edən şəxs saxlanılıb – FOTO

Baxış sayı: 507 dəfə baxılıb.

Qazaxda narkokuryerlik edən şəxs saxlanılıb – FOTO

Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış
tədbirləri nəticəsində İrandan qeyri-qanuni yolla Qazax rayon ərazisinə
gətirilmiş narkotik vasitəni onlayn sifariş kimi qəbul edərək ölkə ərazisində
çatdırılmasını təmin edən narkokuryer saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Araşdırmalar zamanı məlum olub ki, Sumqayıt şəhər sakini Cəlal Əzizov Qazax
rayonuna gələrək rayon ərazisində gizlədilən narkotik vasitəni nağd pul və bir
miqdar narkotik vasitə qarşılığında ölkənin digər şəhər və rayonlarına aparmağa
razılaşıb.

Həmin şəxs saxlanılaraq polis şöbəsinə gətirilən zaman əlindəki qara rəngli
çantadan 1 kq 11 qram heroin, 855 qram qurudulmuş marixuana, 15 ədəd metadon
həbi aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Source link