Qazaxda top mərmisi aşkarlanıb – FOTO

Qazaxda top mərmisi aşkarlanıb – FOTO

Baxış sayı: 1. 846 dəfə baxılıb.

Mayın 3-də saat 13:28-də ANAMA-ya Qazax rayonu, İkinci Şıxlı kəndində 1 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub.

ÇıxışYolu.Com ANAMA-ya istinadən xəbər verir ki, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Qazax rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri Qazax rayon Polis şöbəsinin əməkdaşları ilə birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə otlaq sahəsinə baxış keçirib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd 76 mm-lik top mərmisi (Ş-354) Agentliyin mütəxəssisləri tərəfindən aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş mərminin ətrafında 200 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

www.ÇıxışYolu.Com