539a7ffa-2006-4822-9dff-4885ebf2eefb.jpg

Qazaxda yaşadığı evdə narkotik vasitə və odlu silah saxlayan şəxs saxlanılıb

Baxış sayı: 34 dəfə baxılıb.

Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat
zamanı odlu silah-sursat saxlayan və narkotik vasitələrin dövriyyəsi ilə məşğul
olan 44 yaşlı Namiq Abbasov saxlanılıb.

Cixisyolu.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat
Xidmətindən məlumat verilib.

Məlumata görə, onun yaşadığı ünvandan marixuana, eləcə də “Kalaşnikov”
avtomatı, daraq və patronlar aşkarlanıb. Saxlanılan şəxs avtomatı bir müddət
əvvəl əldə etdiyini və polisə təhvil verməyərək özündə saxladığını bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə N.Abbasov barəsində
həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Qazaxda yaşadığı evdə narkotik vasitə və odlu silah
saxlayan şəxs saxlanılıb
Qazaxda yaşadığı evdə narkotik vasitə və odlu silah saxlayan şəxs saxlanılıb

Source link