910beb8b-f5b9-4e08-a348-f0745de4f9e7..jpg

Qazaxın dörd kəndinin qaytarılması Prezident İlham Əliyevin xalqa növbəti hədiyyəsidir – RƏY

Baxış sayı: 529 dəfə baxılıb.

Qazaxın dörd kəndinin qaytarılması Prezident İlham Əliyevin xalqa növbəti
hədiyyəsidir – RƏY
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qazaxın dörd kəndinin qaytarılması Azərbaycan torpaqlarını addım-addım,
qarış-qarış toplayan Prezidentİlham Əliyevin xalqa növbəti hədiyyəsidir”.

Bunu “Report”a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası
əlaqələr komitəsinin sədri, parlamentin Qazax rayonundan seçilən deputatı Səməd
Seyidov deyib.

Onun sözlərinə görə, dövlət başçısının rəhbərliyi ilə Azərbaycan regionda və
dünyada böyük nüfuza sahibdir:

“Azərbaycanın qarşıya qoyduğu məqsədlərin hər biri reallaşdırılacaq. Ulu öndər
Heydər Əliyevin vaxtilə dediyi kimi, Azərbaycan dünyaya günəştək doğacaq. Biz
ölkəmizin dünyada artan nüfuzunun və gücünün canlı şahidiyik”.

Deputat bildirib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin və Azərbaycan
Ordusunun yaratdığı reallığın qarşısında heç kim dayana bilməz.

“Azərbaycanın Vətən müharibəsində tarixi qələbəsi 2023-cü ilin sentyabrında
suverenlimizin tam bərpası ilə müşayiət olundu. Bu günlərdə azad olunmuş
ərazilərimizdəki Rusiya sülhməramlıların bölgədən çıxması isə Azərbaycan
Prezidentinin dövlət siyasətinin daha bir uğuru idi. Az öncə Qazax rayonunun
dörd qeyri-anklav kəndinin Azərbaycana qaytarılması haqqında da xəbəri aldıq.
Artıq görünən budur ki, Azərbaycan torpaqlarını qarış-qarış geri qaytarır”, –
komitə sədri vurğulayıb.

S.Seyidov söyləyib ki, Azərbaycanın təkidi ilə delimitasiya prosesi davam
etdirildi və öz nəticəsini verdi:

“Biz inanırıq ki, digər kəndlərimizin də qaytarılması qısa müddətdə təmin
ediləcək, əhalinin həmin ərazilərə köçü gerçəkləşdirəcək”.

Qeyd edək ki, aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında
dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə
Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi
məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın dörd kəndinin
Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib.

Source link