66185501-9b37-45bb-9421-173670696174..jpg

Qazaxın işğal altındakı kəndlərinin son görüntüləri – FOTO/VİDEO

Baxış sayı: 864 dəfə baxılıb.

Qazaxın işğal altındakı kəndlərinin son görüntüləri – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qazaxın yeddi, Sədərəyin isə bir – Kərki kəndi 30 ildən çoxdur ki, işğal
altındadır. Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının əsas
müddəlarından biri bu kəndlərin geri qaytarılmasıdır.

“Xəzər TV” Qazaxın işğal altında olan kəndlərinin ən son görüntülərini yayıb.

Bir vaxtlar səkkiz minə yaxın əhalinin yaşadığı kəndlər indi xaraba qalıb.

Məlumata görə, Qazaxın işğal altında olan Sofulu, Barxudarlı, Bağanis Ayrım,
Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli kəndləri Ermənistan
tərəfindən işğal edilib.

Bu kəndlər keçmiş münaqişə zonasından yüzlərlə kilometr uzaqlıqda yerləşir.
İşğal zamanı, yəni 1990-cı ilin martında ən dəhşətli hadisələr Bağanis Ayrm
kəndində yaşanıb.

Ermənilər kənddəki bir ailənin 39 günlük körpəsindən 79 yaşına qədər 5 üzvünü
diri-diri yandırıb.

1992-ci il martın 8-də isə Xeyrimli, aprelin 27-də Barxudarlı və Sofulu,
iyunun 8-də Yuxarı Əskipara, həmin ayın 11-də Qızıl Hacılı, 14-də isə Aşağı
Əskipara kəndləri işğal edilib.

Barxudarlı və Sofuludakı 230 evin hamısı talan edilərək yandırılıb. Barxudarlı
sözünün mənası “Arzusuna yetişmiş, xoşbəxt” olsa da, bu kəndin xoşbəxt
günlərindən əsər-əlamət qalmayıb.

Ermənilər bu kənddə yerləşən mövqelərindən müxtəlif vaxtlarda Bala Cəfərli və
Xanlıqlar kəndini atəşə tutublar.

Yaşıl meşələri, uzunömürlü ağacları ilə zəngin olan Qızıl Hacılı kəndindən
qalan isə sadəcə məhv edilmiş təbiətdir. Böyük hissəsi hazırda Ermənistanın
işğalı altı altında olan kənddə yaşayış yoxdur.

Ötən əsrin 90-cı illərində işğal zamanı Ermənistan tərəfi strateji
yüksəkliklərdə mövqe tutub. Həmin mövqelərdən Qazaxın yaşayış olan digər
kəndləri atəşə tutulub.

Qazaxın yeddi kəndi hazırda Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının
müşahidəsi altındadır. Burada olan postlar, müşahidə məntəqələrində xidmət
gücləndirilib. İcevan -Tbilisi magistralı vizual olaraq aydın şəkildə görünür.

Ərazinin ən hündür nöqtəsi olan Odundağ zirvəsi Ermənistanın Noyemberyan
rayonunu vizual müşahidəyə imkan verir. Azərbaycan sərhədçisi burada istənilən
təxribatın qarşını almağa tam hazırdır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Source link