61752933-2f11-4444-9145-589844c49fc5..jpg

Qazaxıstan – Azərbaycan ticarət dövriyyəsində ARTIM: Orta Dəhliz hansı imkanları vəd edir? – FOTO

Baxış sayı: 612 dəfə baxılıb.

Qazaxıstan – Azərbaycan ticarət dövriyyəsində ARTIM: Orta Dəhliz hansı
imkanları vəd edir? – FOTO

Ötən gün Astanada Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan
Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə qarşılıqlı əməkdaşlıq
sənədlərinin imzalanmasımərasimi olub .

Son illər Azərbaycan ilə Qazaxıstan arasındakı münasibətlərin daha da
dərinləşməsi müşahidə olunur. Bu özünü iki ölkə arasındakı ticarət
dövriyyəsində də göstərməkdədir.

Bu barədə fikirlərini bölüşən millət vəkili Vüqar Bayramov bildirib ki,
Qazaxıstan ilə dövriyyəmiz ötən il əvvəlki ilə nisbətən 4,4 dəfə artaraq 135
milyon 799 min dollardan 598 milyon 486 min dollaradək yüksəlib:“Azərbaycan və
Qazaxıstan Orta Dəhlizin reallaşmasına regional töhfə verən ölkələrdəndir. Ötən
il hər iki ölkə üzərindən daşınan yüklərin həcmində artım qeyd alınıb. Hər iki
ölkə nəqliyyat və logistik infrastrukturunu inkişaf etdirməklə region üzərindən
daha çox yüklərin daşınmasına nail ola bilib.

Bütövlükdə, son illər türk dövlətləri arasında iqtisadi əlaqələrin sürətli
inkişafı və ticarət dövriyyəsində kəskin artımlar müşahidə olunur. 2022-ci ildə
Azərbaycan ilə türk dövlətləri arasında ticarət dövriyyəsi əvvəlki il ilə
müqayisədə 70 faiz artaraq 5 milyard 23 milyon dollardan 7 milyard 170 milyon
dollaradək yüksəlib.

Xatırladaq ki, Türkmənistan ilə dövriyyədə 5,1 dəfə artım qeydə alınıb.
Ticarət dövriyyəmiz ötən il 105 milyon 23 min dollardan 535 milyon 397 min
dollar çatıb. Özbəkistan ilə ticarətimizdəki 64 faizlik artım birgə
dövriyyəmizi 111 milyon 903 min dollardan 2022-ci ildə 183 milyon 307 min
dollaradək artırıb”.

Millət vəkili onu da qeyd edib ki, Mərkəzi Asiyanın digər türk dövləti olan
Qırğızıstan ilə də ticarət dövriyyəmizdə artım qeydə alınıb:

“İki dövlət arasındakı dövriyyə ötən il 17 faiz artaraq 9 milyon 18 min
dollardan 2022-ci ildə 10 milyon 809 min dollaradək yüksəlib. Qardaş Türkiyə
ilə dövriyyəmiz ötən il 6 milyard dollara yaxınlaşıb. 2021-ci ildə 4 milyard
661 milyon dollar olan ticarət dövriyyəsi ötən il 5 milyard 842 milyon
dollaradək yüksəlib.

Türk Dövlətləri Təşkilatının üzvləri olan Azərbaycan və Qazaxıstan türk
dünyasının inkişafına və daha da yaxınlaşmasına xüsusi töhfə verirlər. Bu
baxımdan, Azərbaycan Prezidentinin son səfəri iki ölkə arasındakı iqtisadi
əlaqələrin daha da dərinləşməsinə xidmət etməklə yanaşı, türk dövlətlərinin
daha sıx əməkdaşlığı üçün də yeni imkanlar yaradır”.

Source link