“Qazaxıstan Ermənistan və Azərbaycanın sülh müqaviləsinin bağlanmasına
yönəlmiş addımlarını alqışlayır”.
Cixisyolu.com TASS-a istinadən xəbər verir ki, bunu MDB Dövlət Başçıları Şurasının
iclasında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bəyan edib.
“Qazaxıstan Azərbaycan və Ermənistanın sülh müqaviləsinin bağlanmasına
yönəlmiş qarşılıqlı addımlarını alqışlayır, həmçinin Mərkəzi Asiya regionunda
dövlətlərarası sərhədlərin müəyyən hissələrinin hüquqi qeydiyyatının başa
çatdırılmasında əhəmiyyətli irəliləyişləri məmnunluqla qeyd edir”, – deyə
Kasım-Jomart Tokayev bildirib.