37295d87-d0c3-429c-977a-95ab4be405ab..jpg

Qazaxıstan iğtişaşlar nəticəsində dəymiş zərərin məbləği açıqlandı

Baxış sayı: 2. 345 dəfə baxılıb.

Qazaxıstan iğtişaşlar nəticəsində dəymiş zərərin məbləği açıqlandı

Qazaxıstandakı iğtişaşların ölkə biznesinə vurduğu zərər təxminən 40 milyard
tenge (90 milyon dollardan çox) səviyyəsində qiymətləndirilir.

Bu barədə “Atameken” Milli Sahibkarlar Palatası məlumat yayıb.

Bildirilib ki, sahibkarların obyektlərə çıxışı olmadığından kirayəçilərin
əksəriyyətinə dəyən ziyanı qiymətləndirmək hələlik mümkün deyil.

Hazırda Palata bütün regionlardakı biznes assosiasiyaları ilə birlikdə
sahibkarlara dəymiş ziyanın təxmini məbləği barədə məlumatların toplanması və
zərərçəkmişlərin reyestrinin formalaşdırılması ilə məşğuldur.

Mənbə: TASS

Source link