d2d79c86-e63f-470c-bad9-342b5e11af41..jpg

Qazaxıstan “Kaşaqan” yatağından hasil edilən neft partiyasını Azərbaycan vasitəsilə tədarük edəcək

Baxış sayı: 636 dəfə baxılıb.

Qazaxıstan “Kaşaqan” yatağından hasil edilən neft partiyasını Azərbaycan
vasitəsilə tədarük edəcək

Qazaxıstanın “KazTransOil” şirkəti bu ay “Kaşaqan” yatağından hasil edilən 7
min ton nefti Azərbaycan ərazisindən tranzitlə tədarük edəcək.

“Report” bu barədə “KazTransOil”a istinadən xəbər verir.

Şirkətdən verilən məlumata görə, neft partiyası Aktau dəniz limanından sınaq
rejimində daşınacaq və Bakı Beynəlxalq Dəniz Limanı istiqamətində ixraca
göndəriləcək.

Xatırladaq ki, “Kaşaqan” yatağının neftinin daşınması ilə Yaponiyanın “INPEX
North Caspian Sea” şirkəti məşğul olur. Bu şirkət Azərbaycanda
“Azəri-Çıraq-Günəşli”də və əsas ixrac neft kəməri Bakı-Tbilisi-Ceyhanda paylara
malikdir.

“KazTransOil” SC isə magistral neft kəmərinin milli operatorudur. O,
“KazMunayQaz” qrupuna daxildir.

Source link