c76d91ee-d580-427d-bd8f-dd06f2b75b78..jpg

Qazaxıstan neftinin Bakı-Supsa kəməri vasitəsilə nəqli: Müzakirələr aparılır

Baxış sayı: 751 dəfə baxılıb.

Qazaxıstan neftinin Bakı-Supsa kəməri vasitəsilə nəqli: Müzakirələr aparılır
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstan Qazaxıstan neftinin Bakı-Supsa kəməri vasitəsilə nəqlində
Azərbaycanla intensiv müzakirələr aparır.

“Report” xəbər verir ki, bu barədə Gürcüstan baş nazirinin birinci müavini,
iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili jurnalistlərə
açıqlamasında deyib.

L.Davitaşvili ümid edir ki, Bakı-Supsa kəməri ilə neft nəqli bu il başlaya
bilər.

Nazirin sözlərinə görə, bu məsələ ilə bağlı danışıqlar iki ildir ki, davam
edir:

“Burada Azərbaycan tərəfinin mövqeyi çox vacibdir və biz intensiv dialoq
aparırıq. Bilirsiniz ki, Qazaxıstan nefti başqa növdür və Azərbaycan nefti ilə
qarışdırıla bilməz. Hesab edirəm ki, indi biz əsas məsələlərdə qərarlıyıq və
ümid edirik ki, bu il neft hasilatına başlanacaq. Gələcəkdə bu kəmərlə bir
milyon tondan çox neftin nəql olunacağı gözlənilir”.

Source link