Qazaxıstan prezidenti: “Azərbaycan-Ermənistan sülh sazişinin tezliklə
imzalanmasında maraqlıyıq”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Qazaxıstan Ermənistanla Azərbaycan arasında problemə biganə qalmır və iki
dövlət arasında sülh sazişinin tezliklə imzalanmasında maraqlıdır.
Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev aprelin 15-nə planlaşdırılan
İrəvana səfəri ərəfəsində “Armenpress” agentliyinə müsahibəsində deyib.
O bildirib ki, İrəvanla Bakı arasında möhkəm və uzunmüddətli sülhün bərqərar
olması Qazaxıstanın maraqlarına cavab verir.
“Qazaxıstan sülhməramlı təşəbbüslərin dəstəkçisi kimi regionumuzun dinc və
sabit inkişafına yönəlmiş istənilən səyləri dəstəkləməyə hazırdır”, – deyə
vurğulayıb.
Xatırladaq ki, aprelin 15-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev
Ermənistana səfər edəcək.
Səfər zamanı onun Ermənistanın baş naziri Nikol Paşinyan və prezident Vaaqn
Xaçaturyanla görüşü nəzərdə tutulub.