Qazaxıstan sakini 1 milyon dollar uddu, lakin bundan xəbəri yoxdur

Baxış sayı: 2. 021 dəfə baxılıb.

Qazaxıstan sakini 1 milyon dollar uddu, lakin bundan xəbəri yoxdur

Qazaxıstan vətəndaşı Xussain Yeremeşev “Dubai Duty Free” lotoreyasında 1 milyon dollar udub.

Gulf News” xəbər verir ki, qazaxıstanlı uduşu hələ götürməyib.

Ehtimal edilir ki, onun bundan xəbəri yoxdur. Təşkilatçılar qaliblə heç cür əlaqə saxlaya bilməyib.

Qeyd edilir ki, şanslı bilet internet vasitəsi ilə alınıb.

Hindistanlı biznesmen Kamalsanan Nadar Vasu da 1 milyon dollar udub. Oktyabrın 22-də hindistanlıya udulan məbləğ təqdim olunub.