52f29d1d-0f7b-4ce1-8c29-3b0f5121fb11..jpg

Qazaxıstanda 200-dən çox etirazçı saxlanılıb: Daxili İşlər Nazirliyi bəyanat yaydı

Baxış sayı: 2. 044 dəfə baxılıb.

Qazaxıstanda 200-dən çox etirazçı saxlanılıb: Daxili İşlər Nazirliyi bəyanat
yaydı

Qazaxıstanın hüquq-mühafizə orqanları ölkənin bir sıra regionlarında baş
vermiş aksiyalar zamanı ictimai asayişi pozduğuna görə 200-dən çox insanı
saxlayıb.

Bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Qanunazid hərəkətlər nəticəsində daxili işlər orqanlarının 95 əməkdaşı
xəsarət alıb. 37 xidməti avtomobilə ziyan dəyib. İctimai asayişi pozduqlarına
görə isə 200-dən çox şəxs saxlanılıb”, – deyə Qazaxıstan Daxili İşlər
Nazirliyinin yaydığı rəsmi məlumatda qeyd olunur.

Mənbə: TASS

Source link