Qazaxıstanda azərbaycanlıların qatilinə hökm oxundu

Qazaxıstanda azərbaycanlıların qatilinə hökm oxundu

Baxış sayı: 2. 053 dəfə baxılıb.

Qazaxıstan vətəndaşı Nikita Stepin əsrin ¼ hissəsini həbsxanada keçirməli olacaq. Ona iki azərbaycanlını öldürdüyü və Donbasdakı müharibədə iştirak etdiyi üçün bu cəza verilib.

ÇıxışYolu.Com bununla bağlı “Novosti Luqanska” portalına istinadla xəbər verir.  

İstintaq işinin materiallarında bildirilib ki, 32 yaşlı Temirtau sakini iki Azərbaycan vətəndaşını öldürüb. Azərbaycanlılar evin icarəsinə görə ona böyük məbləğdə borcu olub. Növbəti mübahisələrdən birində Stepin hər iki nəfəri qətlə yetirib. 

Araşdırmalar zamanı məlum olub ki, Stepin Donbasda da döyüşüb. Onun evində hüquq-mühafizə orqanları “hərbi bilet” və “Donbasın azad olunmasına görə” medalını aşkar ediblər.

www.ÇıxışYolu.Com