486f7297-4b69-4743-b522-3392db780ba2..jpg

Qazaxıstanda dəhşətli daşqınlar: 3600-dən çox evi su basıb

Baxış sayı: 498 dəfə baxılıb.

Qazaxıstanda dəhşətli daşqınlar: 3600-dən çox evi su basıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qazaxıstanda daşqınlar nəticəsində 3600-dən çox fərdi yaşayış evi suyun
altında qalıb.

Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin fövqəladə hallar idarəsinin
rəisi Kaharman Orazalin məlumat verib.

“Hazırda Atırau, Akmola, Aktobe, Kostanay, Qərbi Qazaxıstan, Şimali Qazaxıstan
və Pavlodar vilayətlərində 3 686 fərdi yaşayış evi, 557 həyətyanı sahə və 1 822
bağ evi su altında qalıb. Daşqınlar başlayandan indiyədək 72 029 nəfər xilas
edilib ki, onlardan 16 078-i uşaqdır”, – Orazalin brifinqdə deyib.

Onun sözlərinə görə, müvəqqəti yerləşdirmə mərkəzlərində 14368 nəfər var ki,
onlardan 7200-ü uşaqdır.

Fövqəladə Hallar və Müdafiə nazirlikləri, eləcə də Milli Qvardiyanın
təyyarələrindən istifadə edilməklə xilasetmə işləri davam etdirilir.

Daşqınlar səbəbindən ölkənin 10 rayonunda yerli fövqəladə vəziyyət elan edilib.

Mənbə: TASS

Source link