Qazaxıstanın Balxaş şəhəri yaxınlığında yerləşən “Sayak” mədənində baş verən
qəzada iki işçi həlak olub.
Cixisyolu.com bu barədə “Sputnik Qazaxıstan”a istinadən xəbər verir.
Qazaxıstan Əmək Müfəttişliyi İdarəsindən verilən məlumata görə, hadisəni
araşdırmaq üçün xüsusi komissiya yaradılıb.
Qeyd olunur ki, qəza baş verən şaxtadan mis-sulfid filizi çıxarılır.