Qazaxıstanın Aktyubinsk şəhərində gənc qadın liftdə üç yaşlı qızının gözləri qarşısında ölüb.
ÇıxışYolu.Com-ın Qazaxıstan KİV-ə istinadən məlumatına görə, hadisə onmərtəbəli binada baş verib.
28 yaşlı Ayzat qızı İnkarla birgə liftə miniblər.
Şahidlərin sözlərinə əsasən, liftin qapıları öz-özünə açılıb-bağlanmağa başlayıb. Bu zaman qadın liftdən çıxmaq istəyib, lakin bu, mümkün olmayıb.
“Qadının ayaqları qapının arasında qaldı. Lift isə aşağı düşməyə başladı. Qadının bədəni parça-parça oldu”, – qonşulardan biri deyib.
Əli Məmmədov
www.ÇıxışYolu.Com