f4d5c803-f505-489e-86b6-0e224d59ae13..jpg

Qazaxıstanda sərxoş sürücü avtomobilini dayanacaqdakı piyadaların üzərinə sürüb: Ölənlər var – FOTO/VİDEO

Baxış sayı: 465 dəfə baxılıb.

Qazaxıstanda sərxoş sürücü avtomobilini dayanacaqdakı piyadaların üzərinə
sürüb: Ölənlər var – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qazaxıstanın Almatı vilayətində sərxoş sürücünün idarə etdiyi “ZİL-131”
markalı yük avtomobili və piyadaların iştirakı ilə baş vermiş yol-nəqliyyat
hadisəsində iki nəfər ölüb, üç nəfər isə yaralanıb.

Bu barədə regionun yol polisinin rəisi Baurjan Alenov “Facebook”da bildirib.

“Sürücü patrul əməkdaşlarının “dayan” tələbinə məhəl qoymayıb və təqibdən
qaçmağa cəhd edib. Nəticədə yük maşını idarə edən 49 yaşlı kişi sürətlə
Almatı-Jetigen yolunun 32-ci kilometrində avtobus dayanacağına çırpılıb. Qəza
nəticəsində iki nəfər ölüb, üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə
rayon xəstəxanasına yerləşdirilib”, – deyə yol polisi rəisi açıqlayıb.

Tibbi ekspertizanın nəticələrinə görə, qanun pozucusu nəqliyyat vasitəsini
orta dərəcədə sərxoş vəziyyətdə idarə edib.

Faktla bağlı cinayət işi açılıb.

Source link