6f6c4fdb-3f53-402d-bf52-bbb311c58bf1..jpg

Qazaxıstanda sensasiya: Danimarkaya 16 dəqiqəyə 3 qol vurdular

Baxış sayı: 1. 081 dəfə baxılıb.

Qazaxıstanda sensasiya: Danimarkaya 16 dəqiqəyə 3 qol vurdular

Futbol üzrə Avropapa çempionatının seçmə mərhələsinin ikinci turu üzrə
görüşlərə start verilib.

Cixisyolu.com xəbər verir ki, günün ilk qarşılaşmasında sensasiya qeydə alınıb.

Belə ki, Danimarka millisi səfərdə Qazaxıstana uduzub.
Görüş qonaqlar üçün yaxşı başlayıb. R.Hojlund 21 və 36-cı dəqiqələrdə
fərqlənib.

İkinci hissəyə iki top geridə başlayan qazaxlar əzmkarlıq nümayiş etdirərək
oyunda dönüş yarad biliblər.

73-cü dəqiqədə B.Zaynutdinov penalti zərbəsindən fərqi azaldıb. 86-cı dəqiqədə
A.Tagybergen hesaba tarazlıq gətirib. Üç dəqiqə sonra A.Aymbetov meydan
sahiblərinə qələbə gətirən qola imza atıb.

Qarşılaşmanın əsas vaxtına əlavə olunmuş 6-cı dəqiqədə meydan sahibləri
azlıqda qalıblar. Üçüncü qolun sahibi qırmızı vərəqə alaraq meydanı tərk edib.

Source link