Qazaxıstanın Arıs şəhərində silah-sursat anbarında partlayış baş verib.
TASS xəbər verir ki, insident anbardakı silah-sursatları təmizləyən zaman meydana gəlib.
Hadisə zamanı dörd nəfər yaralanıb.
Yaralılar Almatıdakı hərbi klinik xəstəxanaya çatdırılıblar.
Hadisə ilə əlaqədar hərbi polis yoxlama aparır.