e3822088-d66e-41ae-8afc-b4849428772c..jpg

Qazaxıstanın Füzulidə inşa etdiyi Uşaq Yaradıcılıq Mərkəzi nə vaxt açılacaq?

Baxış sayı: 587 dəfə baxılıb.

Qazaxıstanın Füzulidə inşa etdiyi Uşaq Yaradıcılıq Mərkəzi nə vaxt açılacaq?

“Füzulidə Kurmanqazı adına Uşaq Yaradıcılığının İnkişafı Mərkəzinin tikintisi
davam etdirilir, tikinti işləri 60 faiz yerinə yetirilib”.

Bunu “Report”a açıqlamasında Qazaxıstan xarici işlər nazirinin müavini Roman
Vasilenko deyib.

“Açılış bu ilin dekabrına planlaşdırılır. Bu mərkəz uşaqları vokal, musiqi
alətləri, robototexnika, 3D modelləşdirmə, veb-dizayn, fotoqrafiya və
videoçəkiliş kimi təlim sahələrinə yönəldəcək. Bundan əlavə, xalçaçılıq,
dulusçuluq və s. kimi sənətkarlıq növləri üzrə təlimlər keçiriləcək”, – nazir
müavini bildirib.

R.Vasilenko əlavə edib ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dediyi
kimi, bu mərkəz Qazaxıstanın Azərbaycan xalqına hədiyyəsi olacaq.

Qeyd edək ki, bu ilin martında işğaldan azad edilmiş Füzuli şəhərində
Qazaxıstanın vəsaiti hesabına tikiləcək mərkəzin təməlqoyma mərasimi olub.

Uşaq Yaradıcılığının İnkişafı Mərkəzinin yaradılması Azərbaycan və Qazaxıstan
arasında ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi, yaradıcı gənclərin
formalaşması və regionda incəsənət təhsilini inkişaf etdirmək məqsədi daşıyır.

Source link