Qazaxıstanla informasiya təhlükəsizliyi sahəsində memorandum imzalanıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
16-17 noyabr 2023-cü il tarixlərində Elektron Təhlükəsizlik Xidmətinin (ETX)
rəisi Samir Rəsulovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstana işgüzar
səfər edib.
Səfər çərçivəsində ETX ilə Qazaxıstanın Dövlət Texniki Xidməti informasiya
təhlükəsizliyi sahəsində Anlaşma Memorandumu imzalayıb. Anlaşma Memorandumu
tərəflər arasında informasiya təhlükəsizliyi sahəsində, xüsusilə insidentlərə
cavab tədbirləri baxımından əməkdaşlıq və qarşılıqlı fəaliyyətin çərçivələrini
müəyyən edir.
Anlaşma Memorandumunun imzalanma mərasimində Samir Rəsulov bildirib ki, mövcud
kibertəhlükələrə qarşı mübarizəyə dair qabaqcıl təcrübənin öyrənilməsi,
qarşılıqlı təcrübə və məlumat mübadiləsinin həyata keçirilməsi hər iki ölkənin
informasiya təhlükəsizliyinin təmin olunmasına əhəmiyyətli dərəcədə müsbət
təsir göstərəcək.
Səfər çərçivəsində nümayəndə heyətinin iştirakı ilə həmçinin Qazaxıstanın
Milli Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi (KZ-CERT) və Qazaxıstanda
informasiya təhlükəsizliyi sahəsində fəaliyyət göstərən qabaqcıl şirkətlərlə
görüşlər keçirilib.