7473065c-9d93-4dc2-b4e9-e6262bd787e7..jpg

Qazaxıstanla müxtəlif istiqamətlər üzrə əməkdaşlığın inkişafı müzakirə edilib – YENİLƏNİB + FOTO

Baxış sayı: 593 dəfə baxılıb.

Qazaxıstanla müxtəlif istiqamətlər üzrə əməkdaşlığın inkişafı müzakirə edilib
– YENİLƏNİB + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İqtisadiyyat naziri Mikayıl Cabbarov Qazaxıstan Prezidentinin müşaviri Kanat
Bozumbayev ilə görüşüb.

Bu barədə İqtisadiyyat Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Görüşdə vurğulanıb ki, hər iki ölkənin dövlət başçıları qarşılıqlı hörmət
prinsiplərinə əsaslanan əlaqələrin müxtəlif istiqamətlər üzrə inkişafına xüsusi
önəm verirlər. İkitərəfli iqtisadi əməkdaşlığın genişləndirilməsində qarşılıqlı
səfərlər, imzalanmış sənədlər, keçirilən tədbirlər mühüm rol oynayır.

Bununla yanaşı, ölkələrimiz İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq
Təşkilatı və Türk Dövlətləri Təşkilatı çərçivəsində səmərəli əməkdaşlıq edir.
Azərbaycan-Qazaxıstan iqtisadi-ticarət tərəfdaşlığının gücləndirilməsi xüsusilə
önəm kəsb edir. İnvestisiya mühüm əməkdaşlıq istiqamətləri sırasında yer alır.
Azərbaycanda aqrar, sənaye, tikinti, ticarət, nəqliyyat və xidmət sahələrində
150-dən çox Qazaxıstan investisiyalı kommersiya qurumu fəaliyyət göstərir.

Tərəflər iqtisadi əlaqələrin inkişafı perspektivləri, ticarət dövriyyəsinin
artırılması, investisiyaların təşviqi və nəqliyyat-tranzit sahəsində
əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparıblar.

16:24

İqtisadiyyat naziri Mikayıl Cabbarov Qazaxıstan Respublikası prezidentinin
müşaviri Kanat Bozumbayev ilə görüşüb.

O, bu barədə öz “X” profilində paylaşım edib.

Bildirilib ki, görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin
gücləndirilməsi, ticarət dövriyyəsinin artırılması, investisiyaların təşviqi və
nəqliyyat-tranzit sahəsində əməkdaşlığın genişləndirilməsi barədə fikir
mübadiləsi aparılıb.

Qazaxıstan Respublikası Prezidentinin müşaviri Kanat Bozumbayev (
@KanatBozumbayev ) ilə
ölkələrimiz arasında#iqtisadi
əlaqələrin
gücləndirilməsi,#ticarət

dövriyyəsinin artırılması, investisiyaların təşviqi və nəqliyyat-tranzit
sahəsində əməkdaşlığın genişləndirilməsi barədə…pic.twitter.com/YqLBU6zkjS

— Mikayil Jabbarov (@MikayilJabbarov) October 21, 2023

Source link