9ec843d5-5917-4bef-ae0b-40f31b4080cb..jpg

Qazilər üçün 100 ədəd əlil arabaları ölkəmizə gətirilib

Baxış sayı: 5. 727 dəfə baxılıb.

Qazilər üçün 100 ədəd əlil arabaları ölkəmizə gətirilib

Sağlamlıq imkanları məhdud olan qazi və şəhid ailələrinə arabaların paylanması
ilə əlaqədar tədbir keçirilib.

Cixisyolu.com xəbər verir ki, tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr
Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov qazilərimizə
göstərdiyi dəstəyə görə Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin rəhbəri
İlhan Aşkına təşəkkürünü bildirib.

Çıxış edən İlhan Aşkın əvvəlcə rəhbəri olduğu Niderland Azərbaycan-Türk
Mədəniyyət Dərnəyinin fəaliyyəti haqqında qısa məlumat verib, adıçəkilən
qurumun uzun illərdir ki, Avropada Azərbaycan həqiqətlərinin təbliği ilə məşğul
olduğunu bildirib.

Milli Məclis sədrinin müavini Adil Əliyev çıxışında “Qürbətdən Qarabağa” şüarı
altında başlanmış layihə çərçivəsində ehtiyacı olan qazilərə və şəhid
ailələrinə verilməsi üçün Milli Məclisin Gənclər və idman komitəsinin köməyi
ilə ölkəmizə 80 ədəd elektron və 20 ədəd mexaniki əlil arabaları gətirildiyini
qeyd edib.

Sonra arabalar qazilərə və şəhid ailələrinin üzvlərinə paylanılıb.

Source link