“Qazprom” üçün Cənub Qaz Dəhlizinin açılması nə deməkdir? – ŞƏRH

“Qazprom” üçün Cənub Qaz Dəhlizinin açılması nə deməkdir? – ŞƏRH

Baxış sayı: 2. 216 dəfə baxılıb.

Cənub Qaz Dəhlizinin açılması “Qazprom”un Türkiyəyə təsirini zəiflədəcək.

Bu fikirləri ÇıxışYolu.Com-a açıqlamasında rusiyalı maliyyə analitiki, “Delovaya Rossiya” İctimai Birliyinin eksperti Dmitri Qolubovski deyib. 

“Bu hadisə gözlənilirdi, planlaşdırılmışdı və “Qazprom”un Türkiyəyə təsirini zəiflədəcək. Türkiyə artıq özü üçün qiymət siyasətini nəzərdən keçirib. Ona 10 faiz endirimli qazı qaytardılar. Buna görə təsir göz qabağındadır. 

Türkiyə üçün bu, müsbət hadisədir, çünki bu, qaz bazarında rəqabəti gücləndirir və təchizatları çeşitləndirir. Azərbaycan üçün ona görə müsbətdir ki, o, öz qazını satacaq və ixrac qazancını alacaq.

Avropa Birliyi üçün də bu hadisə müsbətdir, çünki gələcəkdə Türkiyədən AB-yə qaz nəqli logistikasının inkişaf etdirilməsinə gətirib-çıxaracaq. “Qazprom” üçün mənfidir, çünki rəqabəti artırır. 

Ancaq bu, ciddi deyil. Rusiya qaz nəqli üçün bu, ciddi problem yaratmayacaq, ancaq təzyiq hiss olunacaq”, – ekspert deyib. 

Azərbaycana hansı gəlirlər gətirəcəyi ilə bağlı suala cavabında müsahib bildirib ki, Azərbaycanın gəliri təxminən illik 1,2 milyard olacaq. 

“Bildiyim qədərilə ilkin yükləmə zamanı illik altı milyard kubmetr qaz ixrac ediləcək. Uzunmüddətli perspektivdə qurulması ilə qaz nəqli 10 milyard kubmetr artacaq. Ancaq bu, gələcəyin məsələsidir. 

Qazın ixrac qiyməti ilə bağlı ekspertlər məlumatlı deyil. Əgər “Qazprom”un hər min kubmetr qaza görə 180-190 dollar tələb etməsini nəzərə alsaq, Azərbaycanın illik gəliri 1,2 milyard dollar olacaq”, – o qeyd edib. 

Əli Məmmədov
www.ÇıxışYolu.Com