850a4fbc-3083-42d3-b9bf-a2e3a59761ef..jpg

Qazsız qalan kəndlərdən birinin məktəbli sakini: “Dərs oxumaq yerinə odun daşıyıram” – VİDEO

Baxış sayı: 745 dəfə baxılıb.

Qazsız qalan kəndlərdən birinin məktəbli sakini: “Dərs oxumaq yerinə odun
daşıyıram” – VİDEO

Bu il qış çox sərt keçir.

Qarlı-şaxtalı hava şəraiti əsasən də dağlıq rayonlarda qışın qayğılarını daha
da artırıb.

Şimal-qərb bölgəsində hələ də mavi yanacaq üzünə həsrət qalan kəndlər var.
Şəkinin Aşağı Layısqı kəndi kimi.

“Dəmir yolunun yanında bağım var. Oradan ağac kəsib araba ilə evə gətirirəm”,
– deyə kənd sakini qeyd edib.

Min nəfərə yaxın sakini olan Oğuzun Xalxal kəndində də əhali illərdir eyni
problemlə üz-üzə qalıb.

Sakinlər deyir ki, həyətlərindəki ağacları kəsmək məcburiyyətində qalırlar.

“10-cu sinifdə oxuyuram, məktəbə səhər gedib, günorta qayıdıram. Dərslərimi
oxumaq yerinə gəlib həyətdə odun daşıyıram. İndiyə kimi üç maşın odun
gətirmişik. 800-1000 manat xərcimiz çıxıb”, – kənd sakini Mikayıl Şəmiyev deyib.

Daha ətraflı Baku TV-nin süjetində:


Source link