Qeydiyyata alınmadan tütün məmulatı istehsal edənlər cərimələnəcəklər
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Qeydiyyata alınmadan tütün məmulatını istehsal edənlər 12 min manatadək
cərimələnəcəklər.
“Report”un xəbərinə görə, bununla bağlı məsələ Milli Məclisin bugünkü
iclasında I oxunuşda müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə
dəyişiklik layihəsində əksini tapıb.
Dəyişikliklə “Tütün və tütün məmulatı haqqında” qanunda nəzərdə tutulmuş
qaydada qeydiyyata alınmadan tütün məmulatının istehsalı fəaliyyəti ilə məşğul
olmağa görə vəzifəli şəxslər 5 000 manatdan 7 000 manatadək məbləğdə, hüquqi
şəxslər 10 000 manatdan 12 000 manatadək məbləğdə cərimə ediləcəklər.
Dəyişiklik layihəsi müzakirələrdən sonra I oxunuşda qəbul olunub.