Qeyri-ənənəvi film çəkilişi: “Жара в Баку” – FOTO/VİDEO

Qeyri-ənənəvi film çəkilişi: “Жара в Баку” – FOTO/VİDEO

Baxış sayı: 2. 171 dəfə baxılıb.

Xalq artisti Emin Ağalarovun baş prodüseri olduğu “Жара в Баку” filminin Bakıdakı çəkilişləri davam edir.

ÇıxışYolu.Com xəbər verir ki, filmin baş qəhrəmanları Moskvadan olan Darya və bakılı Muraddır.

Həmçinin, filmdə “Jara” festivalında iştirak edən Rusiya estradasının məşhur ulduzları da çəkilir. Filmdə prodüseri isə Teymur Cəfərovdur.

Qeyri-ənənəvi film çəkilişi: “Жара в Баку” – FOTO/VİDEO

O, ötən gün filmin qəhrəmanları ilə birgə media nümayəndələrinə açıqlama verib. Çəkiliş prosesinin çətinliyindən danışan Cəfərov jurnalistləri film haqda məlumatlandırıb.

“Filmdə hadisələr “Jara” festivalına gələn sərnişinləri daşıyan təyyarədən başlanır. Həmin təyyarədə filmin qəhrəmanlarından olan Daşa da olur. Ekran işində maraqlı personajlar yer alıb. Biz maksimum şəkildə tamaşaçılara keyfiyyətli iş təqdim etmək istəyirik”, – deyə prodüser bildirib.

Qeyri-ənənəvi film çəkilişi: “Жара в Баку” – FOTO/VİDEO

Prodüser vurğulayıb ki, film qeyri-ənənəvi üsulla çəkilir:

“Bu filmi çəkmək çox çətindir. Çünki hər şey rejissorun nəzarətində deyil. Hadisələr bir xətt üzrə irəliləsə də, hadisələrin çoxu spontan alınır. Biz qeyri-mümkünü edirik, necə qarşılanacağı isə artıq tamaşaçıdan asılıdır”.

Qeyri-ənənəvi film çəkilişi: “Жара в Баку” – FOTO/VİDEO

Filmdə baş rollardan birini canlandıran Diana Pojarskaya filmdə oynamaqdan zövq aldığını bildirib:

“Canlandırdığım obraz çox xoşuma gəlir. Onu tamam fərqli etmək üçün çalışıram. İstəyirəm ki, bütün obrazlarımdan fərqlənsin. Çəkiliş zamanı “Jara” səhnəsində də çıxış etdim. Bu, mənim üçün gözlənilməz idi. Ancaq öhdəsindən gəldim. Məni dəstəkləyən hər kəsə təşəkkür edirəm”.

Qeyri-ənənəvi film çəkilişi: “Жара в Баку” – FOTO/VİDEO

Azərbaycanın yeməklərini çox bəyəndiyini dilə gətirən Diana Bakıdan məmnun olduğunu vurğulayıb:

“Bakı xoşuma gəlir. Azərbaycan mətbəxinə isə heyranam. Balıqdan, ətdən, yerli yeməklərdən dadmışam. Ən çox qutabı sevdim. Həmçinin, buranın şərabları da əladır”.

Qeyri-ənənəvi film çəkilişi: “Жара в Баку” – FOTO/VİDEO

Murad obrazına həyat verən Nail Abraxmanov isə filmdə azərbaycanlını canlandırır:

“Deyirlər, isti çəkilişlərə mane olur. Ancaq əksinə, bizim üçün belə havada işləmək daha rahatdır. Mənim tələffüzümün necə olacağı barədə ilk başlarda tərəddüd olsa da, bir həftə Bakıda yaşadıqdan sonra bu problem aradan qalxdı”, – deyə Nail söyləyib.

Qeyd edək ki, filmin Azərbaycandakı yayım hüququ “Cinema Distribution” şirkətinə aiddir. Film “Cinemaplus” kinoteatrlarının şəbəkəsində göstəriləcək.

.

FOTO/VİDEO: Ceyhun
www.ÇıxışYolu.Com