25fdaeef-c0cf-46d8-bf2a-9801d37a29ff..jpg

Qeyri-maddi mədəni irs nümunələrinin hansı tələblərə cavab verməli olduğu müəyyənləşir

Baxış sayı: 3. 262 dəfə baxılıb.

Qeyri-maddi mədəni irs nümunələrinin hansı tələblərə cavab verməli olduğu
müəyyənləşir

Qeyri-maddi mədəni irs nümunələrinin hansı tələblərə cavab verməli olduğu
müəyyənləşir.

Cixisyolu.com xəbər verir ki, bu, “Qeyri-maddi mədəni irs haqqında” yeni qanun
layihəsində öz əksini tapıb.

Layihədə əksini tapan həmin siyahıya şifahi xalq yaradıcılığına aid
nümunələrin mütləq anonimliyi, qeyri-maddi mədəni irs nümunələrinin şifahi,
qeyri-rəsmi və rəsmi formada yaradılması, qorunması və nəsildən-nəslə
ötürülməsi, ərazi, etnik, dini, yaş, gender və sosial meyarlardan birinə və ya
bir neçəsinə cavab verməsi və nümunələrin Azərbaycan xalqına, ayrı-ayrı sosial
qruplara və ya fərdi şəxslərə mənsubluğu aiddir.

“Qeyri-maddi mənəvi irs haqqında” qanunun müddəaları Azərbaycan ərazisində
Azərbaycan xalqı, ayrı-ayrı sosial qruplar və ya fərdi şəxslər tərəfindən
yaradılan, qorunan və nəsildən-nəslə ötürülən, Azərbaycan xalqının mədəni
ənənələrini təmsil edən qeyri-maddi mədəni irs nümunələrinə şamil olunmur.

Qeyri-maddi mənəvi irs nümunələrinin qorunmasının maliyyələşdirilməsinə
gəlincə, bu məsələ dövlət büdcəsindən ayırmalar, qeyri-maddi mədəni irs
sahəsində fəaliyyətdən əldə olunan gəlir və qanunla qadağan olunmayan digər
mənbələr hesabına formalaşacaq.

Qanunu pozan şəxslər Mülki və İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan
hallarda məsuliyyət daşıyırlar.

Source link