738d993e-d0fe-4fa4-b7ed-30d1518642b8..jpg

Qeyri-qanuni erməni silahlı dəstələrinin Füzuli istiqamətində təxribatının qarşısı alınıb

Baxış sayı: 488 dəfə baxılıb.

Qeyri-qanuni erməni silahlı dəstələrinin Füzuli istiqamətində təxribatının
qarşısı alınıb

Sentyabrın 9-u saat 17:25 radələrində Rusiya sülhməramlı kontingentinin
müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı
dəstələri Azərbaycan Ordusunun Füzuli rayonu istiqamətində yerləşən mövqelərinə
yaxınlaşaraq təxribat törətmək məqsədilə yeni səngər yolları qazmağa cəhd
göstəriblər.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz
tədbirlər nəticəsində təxribatın qarşısı dərhal alınıb.

Source link