7cdff15f-4fa4-45f6-ba49-f45350479099..jpg

Qeyri-sabit hava Balakən və Zaqatalada fəsadlar törədib

Baxış sayı: 545 dəfə baxılıb.

Qeyri-sabit hava Balakən və Zaqatalada fəsadlar törədib

Əlverişsiz havaya görə Zaqatalanın elektrik təchizatında problem yaranıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, axşam saat 21 radələrindən
başlayaraq ölkənin şimal-qərb bölgəsinin Balakən və Zaqatala rayonlarında
qeyri-sabit hava şəraiti hökm sürür.

Qeyri-sabit hava şəraiti daha çox Balakən rayonunda özünü göstərib. Rayonun
Qabaqçöl qəsəbəsi ərazisinə dolu yağıb. Rayon mərkəzi və Hənifə kəndi ərazisinə
isə leysan yağıb. Leysan nəticəsində bir sıra evlərin birinci mərtəbəsinə,
zirzəmilərinə və həyətyanı sahələrə yağış suları dolub. Rayon bir çox yaşayış
məntəqəsinə qeyri-sabit hava şəraiti səbəbindən elektrik enerjisinin
verilməsində fasilə yaranıb.

Qeyri-sabit hava şəraiti Zaqatalanın dağətəyi Car və Yuxarı Tala kəndlərində
fəsadlara yol açıb. Qısamüddətli dolu yağıb. Hazırda rayonun Car, Yuxarı Tala,
Aşağı Tala və bir sıra ərazilərinə qeyri sabit-hava şəraiti səbəbində elektrik
enerjisinin verilməsində fasilə yaranıb.

Rayonlarda qeyri-sabit hava şəraiti davam edir.

Source link