Qeyri-sabit hava daha iki gün davam edəcək

Qeyri-sabit hava daha iki gün davam edəcək

Baxış sayı: 9. 036 dəfə baxılıb.

Qarşıdakı iki gün ərzində havanın temperaturunda mühüm dəyişikliklər gözlənilmir.

Bunu ÇıxışYolu.Com-a açıqlamasında  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, martın 13-14-də ölkə ərazisində hava şəraiti mülayim və yağmursuz keçəcək:

“Növbəti iki gün ərzində hava şəraitinin dəyişməsi gözlənilmir. Lakin bəzi şimal və şərq rayonlarında yağış, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Paytaxt ərazisində müşahidə olunacaq hava şəraitinə gəldikdə isə  arabir çiskinli yağış yağacaq, mülayim şimal-şərq küləyi əsəcək. Həmçinin dumanlı hava şəraiti gözlənilir. Temperatur 6-9 dərəcə arasında dəyişəcək”.

.
www.ÇıxışYolu.Com