Qeyri-sabit hava şəraiti davam edəcək – XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında oktyabrın 11-i gündüzdən 12-si gündüzədək
şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində
arabir 30-32 m/s-dək güclənəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Azərbaycanın
rayonlarında oktyabrın 11-i axşamadək ölkə ərazisində qeyri-sabit hava
şəraitinin davam edəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Ayr-ayrı yerlərdə (Balakən-Şəki, Quba-Qusar, Qarabağ və Şərqi Zəngəzur,
Mərkəzi Aran Dağlıq-Şirvan, Naxçıvan MR-da, Lənkəran-Astara) yağıntıların
leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq
ərazilərdə qar yağacağı ehtimalı var.
Oktyabrın 11-dən 12-si səhərədək qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s,
oktyabrın 11-də gündüz ayrı-ayrı yerlərdə arabir 30 m/s-dək güclənəcəyi
gözlənilir.
Çaylarda sululuğun artacağı, Balakən-Şəki bölgəsinin ərazisindən axan
Katexçay, Talaçay, Şinçay, Kürmükçay, Oğuz-Qəbələ bölgəsinin Göyçay,
Dəmiraparançay, Girdimançay, Quba-Qusar bölgəsinin Vəlvələçay, Qaraçay,
Daşkəsən-Gədəbəy və Gəncə-Qazax bölgəsinin Əsrikçay, Gəncəçay, Qabırrıçay,
Qarabağ və Şərqi Zəngəzur bölgəsinin Gorançay, Quruçay, Köndələnçay çaylarından
qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.