Qeyts: Kriptovalyutalar can alır

Qeyts: Kriptovalyutalar can alır

Baxış sayı: 3. 287 dəfə baxılıb.

Kriptovalyutalar, sözün əsl mənasında, insan ölümünə səbəb olur.

ÇıxışYolu.Com BBC-yə istinadən xəbər verir ki, kriptovalyutaların ziyanları barədə “Microsoft” şirkətinin təsisçisi Bil Qeyts danışıb.

“Reddit” saytında “Ask Me Anything (İstədiyin sualı ver) sessiyasında internet istifadəçilərinin suallarını cavablandıran Qeyts bitkoinlə bağlı tənqidi fikirlər səsləndirib.

Qeytsin sözlərinə görə, bitkoin kimi kriptovalyutalarda rəqəmsal anonimlik hesabına onunla aparılan sövdələşmələr çox vaxt terrorçuların maliyyələşdirilməsi, narkotik vasitələrin alveri və çirkli pulların yuyulması ilə bağlı olur.

Amerikalı milyarder bildirib ki, hökumətlər bu kimi sxemləri ifşa etmək imkanına malik olmalıdır.

“Hal-hazırda kriptovalyutalardan fentanil və digər narkotik vasitələri almaq üçün istifadə edirlər, beləcə, bu texnologiya bilavasitə insan ölümünə səbəb olur”, – deyə Qeyts bildirib.

www.ÇıxışYolu.Com