f16b5fe4-d3e7-4554-8081-57f67e6aa76e.jpg

QHT Forumunun sədri: “Yerli azərbaycanlılar “Gürcü Arzusu”nun qələbəsində böyük pay sahibi oldular”

Baxış sayı: 206 dəfə baxılıb.

“Yerli azərbaycanlılar Gürcüstanda keçirilmiş parlament seçkisində hakim
“Gürcü Arzusu” partiyasının qələbəsində böyük pay sahibi olub ki, bu da
Gürcüstan hökumətinin gələcəkdə onların sosial-iqtisadi vəziyyəti ilə bağlı
məsələlərdə daha diqqətli olmasını tələb edir”.

Bunu “Report”a açıqlamasında Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları
Forumunun İdarə Heyətinin sədri Ramil İsgəndərli deyib.

“Gürcüstan xalqı sabitliyə, əmin-amanlığa, milli-mənəvi dəyərlərin
qorunmasının davam etdirilməsinə səs verdi, dəyərlərə zidd təbliğatı qəbul
etməməklə öz səslərini suveren, müstəqil, Gürcüstan siyasətinin davamına
verdilər”, – o söyləyib.

Milli QHT Forumunun sədri bu seçkinin nəticəsinin təəccüblü olmadığına diqqət
çəkib:

“Bu seçkinin nəticələri bizim üçün təəccüblü olmadı. Bir neçə gün əvvəl
Tbilisidə Gürcüstan QHT-ləri ilə birgə ictimai iştirakçılıqda QHT-lərin roluna
dair mövzuda baş tutmuş konfransda fikir mübadiləmiz olmuşdu. O görüşdə də
QHT-lərin seçkidə mühüm rol oynayacağına, onların Gürcüstanın müstəqilliyinə
səs verəcəyini görürdük”.

“Eyni zamanda, bunu da qeyd etməliyəm ki, bir sıra Qərb ölkələrinin təzyiqinə
baxmayaraq, Gürcüstan xalq başa düşdü ki, gələcəkdə region ölkələri ilə
əməkdaşlıq, xüsusilə Azərbaycanla əməkdaşlığın davam etdirilməsi, bölgədə
sabitliyin qorunması istiqamətində Gürcüstan dövləti öz fəaliyyətini davam
etdirməlidir. Qərb ölkələri Gürcüstanda çaxnaşma yaratmağa, region ölkələrinin
həmrəyliyini pozmağa çalışsa da, xalq öz seçimini etdi”, – o vurğulayıb.

Ramil İsgəndərli bildirib ki, “seçkiqabağı yerli azərbaycanlılara yönələn
pozucu çağırışlara baxmayaraq, onlar hakim partiyanın – “Gürcü Arzusu”nun
qələbəsinə, onun Tbilisinin Bakı ilə sıx münasibətlərinin davam etdirilməsinə
səs verdilər”.

“Bu da Gürcüstan hökumətinin azərbaycanlıların sosial-iqtisadi məsələləri ilə
bağlı daha diqqətli olmağa, onların problemlərinə xüsusi diqqətlə yanaşmasına
dəlalət edəcək”, – o vurğulayıb.

Source link