87a906dc-35be-4300-956f-3400e8cc1e4e..jpg

Qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri “Bakı KOB evi”nə müraciət edə bilərlər

Baxış sayı: 3. 607 dəfə baxılıb.

Qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri “Bakı KOB evi”nə
müraciət edə bilərlər

Qida sahəsində fəaliyyət göstərən sahibkarlar Azərbaycan Respublikasının Qida
Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən biznes subyektlərinə göstərilən
müxtəlif xidmətlərlə bağlı “Bakı KOB evi”nə müraciət edə bilərlər.

Bu barədə KOBİA məlumat yayıb.

Bildirilib ki, AQTA tərəfindən “Bakı KOB evi”ndə sahibkarlara qida
obyektlərinin qeydiyyatı və təsdiqi, qida obyekti olmadan fəaliyyət göstərən
qida subyektlərinin qeydiyyatı və dövlət reyestrindən çıxarışın verilməsi
xidməti göstərilir. Bundan əlavə, sahibkarlar qeydiyyat və təsdiqin yenidən
rəsmiləşdirilməsi, dayandırılması və ləğv edilməsi ilə bağlı da “Bakı KOB
evi”nə müraciət edə bilərlər.

Source link