Qida Təhlükəsizliyi Agentliyi adından cinayət törədən şəxslərə 6 il iş verildi

Qida Təhlükəsizliyi Agentliyi adından cinayət törədən şəxslərə 6 il iş verildi

Baxış sayı: 4. 366 dəfə baxılıb.

Qida Təhlükəsizliyi Agentliyi adından cinayət törədən şəxslərə 6 il iş verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qida Təhlükəsizliyi Agentliyinin adından istifadə edərək rüşvət verməyə təhrik etmədə təqsirləndirilən Səfər VəliyevElnur Rzayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

ÇıxışYolu.Com-ın xəbərinə görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Hökmə əsasən, hər iki şəxs altı il müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılmış birgə araşdırmalar nəticəsində Rzayev Elnur Qadir oğlu və Vəliyev Səfər Məhəmməd oğlunun qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə uzun müddət ərzində mütəmadi olaraq, Bakı şəhəri və respublikanın ayrı-ayrı rayonlarında fəaliyyət göstərən ərzaq mağazaları sahiblərinə özlərini Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları kimi təqdim edərək, mağazalarda yoxlama aparılmaması müqabilində sahibkarları rüşvət verməyə təhrik edərək onlardan pul almasına dair əsaslı şübhələr müəyyən edildiyindən, E. Rzayev və S. Vəliyevə Cinayət Məcəlləsinin 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Etibar Məmmədov

www.ÇıxışYolu.Com