Qida Təhlükəsizliyi Agentliyinin səlahiyyətləri artırıldı

Qida Təhlükəsizliyi Agentliyinin səlahiyyətləri artırıldı

Baxış sayı: 2. 151 dəfə baxılıb.

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) səlahiyyətləri artırılıb. 

ÇıxışYolu.Com-nun məlumatına görə, bu, Prezident İlham Əliyevin “Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 931 nömrəli fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalaması ilə mümkün olub. 

Fərmana əsasən AQTA iyulun 1-dən yodlaşdırılmış duzun keyfiyyət və təhlükəsizlik göstəricilərinin standartlar və tələblərə uyqunluğunu müəyyən etmək məqsədi ilə duzdan götürülmüş nümunələrin ekspertizasını həyata keçirəcək. 

Dövlət başçısı, həmçinin “Taxıl haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 959 nömrəli fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Dəyişikliyə əsasən, fərmanın 1-ci hissəsinin ikinci abzasında “İqtisadiyyat Nazirliyi” sözləri, üçüncü abzasında “Səhiyyə Nazirliyi” sözləri “Qida Təhlükəsizliyi Agentliyi” sözləri ilə əvəz edilir.

Bu dəyişiklikdən sonra taxıl məhsullarının keyfiyyətinə dövlət nəzarətini və taxıl emalı məhsullarının dövlət reyestrində gigiyena qeydiyyatına alan müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini də Qida Təhlükəsizliyi Agentliyi həyata keçirəcək.

.
www.ÇıxışYolu.Com