Qida Təhlükəsizliyi ilə bağlı Dövlət Proqramı hazırlanır.
ÇıxışYolu.Com xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib.
O deyib ki, proqram yeddi illik dövrü əhatə edəcək:
“Proqram qida zəncirinin bütün mərhələlərini özündə əks etdirəcək. Heyvandarlıq, quşçuluq sahəsində, kənd təsərrüfatında hazırlanan qidaların təhlükəsizliyi tədbirləri nəzərdə tutulur”.
O deyib ki, genetik modifikasiya olunan məhsulların ekspertizası ilə bağlı xaricdə təhsil alan azərbaycanlılar işə dəvət edilib:
“Genetik modifikasiya olunan məhsullarla bağlı tədbirlər proqramda əksini tapacaq”.
Leyla Əliyeva
www.ÇıxışYolu.Com