b7e0d077-103d-44fb-ba3a-dbc1f2e98cce..jpg

Qılıncoynatma üzrə Azərbaycan millisi Dünya Kubokunda gümüş medal qazanıb

Baxış sayı: 956 dəfə baxılıb.

Qılıncoynatma üzrə Azərbaycan millisi Dünya Kubokunda gümüş medal qazanıb

Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət Azərbaycan millisi
Özbəkistanın paytaxtı Daşkənddəki Dünya Kubokunda gümüş medal qazanıb.

Cixisyolu.com xəbər verir ki, yığma finalda Bolqarıstan seçməsinə 40:45 hesabı ilə
uduzub.

Anna Başta, Palina Kaspiaroviç, Valeriya Bolşakova və Səbinə Kərimovadan
ibarət kollektiv ilk görüşdə Kanada millisinə 45:38 hesabı ilə qalib gəlmişdi.

Komanda 1/4 finalda Fransanı 45:44, yarımfinalda Macarıstanı 45:47 hesabı ilə
üstələyib.

Source link