Qılıncoynatma üzrə millimiz Antalyada Avropa çempionatına hazırlaşır

Baxış sayı: 2. 584 dəfə baxılıb.

Son illər qılıncoynatma idman növü ölkəmizdə sürətlə inkişaf edir.

ÇıxışYolu.Com xəbər verir ki, 2017-ci ilin sentyabrından federasiyada baş verən dəyişikliklərdən sonra bu idman növündə yaşanan canlanma göz önündədir.

İki ilə yaxın müddətdə Azərbaycan Texniki Universitetinin İdman Sarayında iki qılıncoynatma zalı istifadəyə verilib. Sablya və şpaqa zallarında onlarla uşaq pulsuz olaraq bu idman növünün sirlərinə yiyələnir.

Azərbaycan Qılıncoynatma Federasiyasının Bakının Şəfaət Mehdiyev 95A ünvanında yerləşən və 2002-ci ildən fəalliyət göstərən ilk zalı əsaslı təmirdən sonra istifadəyə verilib.

Qılıncoynatma üzrə millimiz Antalyada Avropa çempionatına hazırlaşır

Zalda yarışların təşkili və idmançıların hazırlıq keçməsi üçün ideal şərait yaradılıb. Paltardəyişmə otaqları tam yenilənərək müasir standartlara uyğunlaşdırılıb. Köhnə döyüş cığırları da yeniləri ilə əvəzlənib, işıqlandırma sistemi modernləşdirilib.

Yenilənmiş idman zalının başlıca özəlliklərindən biri də video-müşahidə sisteminin quraşdırılmasıdır. Valideynlər gözləmə otağındakı monitorlar vasitəsilə uşaqlarının məşqini izləyə bilirlər. Bu yaxınlarda qılıncoynatmanın ölkə daxilində coğrafiyasını genişləndirmək məqsədilə daha bir zal Sumqayıtda istifadəyə verilib.

Qılıncoynatma üzrə millimiz Antalyada Avropa çempionatına hazırlaşır

Məşqçi və idmançı heyəti aylıq əməkhaqqı ilə təmin olunur. Qılıncoynatma zalları zəruri texniki avandanlıqla təchiz olunub. Yığma üzvlərinə yeni geyim dəstləri paylanılıb.

Milli komandanın üzvləri mütəmadi olaraq ölkə xaricinə təlim-məşq toplanışlarına yollanır. Elə hazırda da milli komandanın üzvləri Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışındadır.

Qılıncoynatmanın sablya növü üzrə millimiz Türkiyənin Antalya şəhərində 17-22 iyun tarixlərində Almaniyanın Düsseldorf şəhərində keçiriləcək Avropa çempionatına hazırlaşır. Sablyaçılarımız iyunun 5-dən etibarən hazırlıqlara başlayıb. Hazırlıqlar 10 gün davam edəcək və ayın 15-də yekunlaşacaq.

Qılıncoynatma üzrə millimiz Antalyada Avropa çempionatına hazırlaşır

Hazırılığın gedişatı ilə bağlı milli komandamızın baş məşqçisi Çingiz Mustafayevin fikirlərini öyrəndik: 

“Hazırlıq iyunun 17-də başlayacaq Avropa çempionatına hazırlıq xarakteri daşıyır. Almaniyanın Düsseldorf şəhərində keçiriləcək və iyunun 22-dək davam edəcək bu qitə birinciliyində həm şəxsi, həm də komanda yarışlarında iştirak edəcəyik. Qitə çempionatında uğurlu çıxış etmək Tokio-2020-yə lisenziya xalları qazanmaq baxımından çox önəmlidir”.

Yığmamızın çalışdırıcısı toplanışda iştirak edən idmançıların adlarını da açıqlayıb: 

“Anna Başta, Valeriya Bolşakova, Səbinə Kərimova, Sevil Bünyadova, Cavanşir Ağakişiyev və Zərifə Hüseynova sablya üzrə məşqçi Vadim Şturbabinin rəhbərliyi altında məşqləri davam etdirir. Anna, Valeriya, Səbinə və Sevil Avropa çempionatında çıxış edəcək. Cavanşir Ağakişiyev isə iyulda İtaliyanın Neapol şəhərində keçiriləcək Universiadada ölkəmizi təmsil edəcək.

Qılıncoynatma üzrə millimiz Antalyada Avropa çempionatına hazırlaşır

Böyük perspektiv vəd edən aşağı kateqoriyalı beynəlxalq turnirlərdə mükafatçılar sırasına düşməyi bacaran Zərifə Hüseynovanı isə toplanışa təcrübə yığmaq üçün çağırmışıq. Düşünürük ki, özündən yaşca böyük sabylaçılarla birgə təlim-məşq toplanışı keçməsi onun üçün əvəzsiz təcrübə olacaq və gələcək inkişafı baxımdan əhəmiyyətlidir”.

Çingiz Mustafayev millidəki gəncləşdirmə strategiyasından da danışıb: 

“Bizim üçün əsas hədəflərimizdən biri gəncləri yetişdirməkdir. Buna görə 2004, 2005, 2006 təvəllüdlü idmançıları milliyə cəlb etməkdə maraqlıyıq”.

Qılıncoynatma üzrə millimiz Antalyada Avropa çempionatına hazırlaşır

Millimizin üzvü, Avropa Oyunlarının mükafatçısı Sevil Bünyadova isə deyir ki, onlara məşq üçün çox yaxşı şərait yaradılıb: 

“Burada millimiz üçün əla şərait yaradılıb. Polşa, Ukrayna, Türkiyə, Belarus milliləri də bizim birgə təlim-məşq toplanışındadır. Bir sözlə, şəraitdən çox razıyıq. İnanıram ki, yaradılan bu şəraitin bəhrəsini görüb Avropa çempionatında yaxşı nəticə əldə edəcəyik”.

Milli komandanın üzvlərinin uzunmüddətli toplanışa yollanması səbəbsiz deyil. Qarşıda idmançılarımızı Avropa çempionatı və Universiadadan başqa, mövsümün əsas yarışı olan 15-23 iyul tarixlərində Macarıstanın paytaxtı Budapeşt şəhərində təşkil olunacaq dünya birinciliyi kimi ciddi sınaq da gözləyir.

Qılıncoynatma üzrə millimiz Antalyada Avropa çempionatına hazırlaşır

Son iki ilə yaxın müddətdə müstəqillik tariximizdə ilk dəfə azərbaycanlı qılıncoynadan Ruslan Həsənov 58 ildən sonra yeniyetmə və gənclərin dünya birinciliyində bürünc medal qazanıb. Sablya üzrə yığma komandamızın üzvü Anna Başta Bolqarıstanın Plovdiv şəhərində keçirilən 23 yaşadək qılıncoynadanların yarışında qızıl medal qazanmaqla idman tariximizdə yeni səhifə yazıb.

Digər gənc sablyaçımız Cavanşir Ağakişiyev İranda keçirilən Dünya Kubokunda bürünc medala yiyələnib. Ruslan Həsənov Bəhreyndə keçirilən gənclərin Dünya Kubokunda gümüş medala sahib çıxıb. Bütün bunlar son iki il ərzində görülən məqsədyönlü işlərin nəticə verdiyini göstərir.

Qılıncoynatma üzrə millimiz Antalyada Avropa çempionatına hazırlaşır