Qırğısıtanın Batken vilayətinin Üç-Dobo kəndində yerli sakinlərlə Maçay tacik kəndinin sakinləri arasında toqquşma baş verib.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Qırğızıstan mətbuatında məlumat yayılıb.
Məlumata görə, etnik zəminli münaqişənin yaranmasına səbəb Üç-Dobo kəndinin ərazisinə aid sahədə hasarın hörülməsi olub.
“Bizim sakinlərdən biri hasar tikməyə başladı. Taciklər hadisə yerinə gələrək, onun tikinti işlərini dayandırmasını tələb etdi, belə ki, hasarın kəndin sərhədində inşa edildiyini bildirdilər. Hər iki tərəfdən gənclər toplaşdı və bir-birinə daşlamağa başladılar” deyə yerli sakinlərdən biri bildirib.
Məlumata görə, sərhədin hər iki tərəfində izdiham toplaşıb, hadisə yerinə güc strukturlarının əməkdaşları və sərhədçilər səfərbər olunub.
Qırğızıstanın dövlət sərhəd xidməti hadisənin təfərrüatının araşdırıldığını bildirib, Batken vilayətinin Daxili işlər idarəsi isə insidenti ümumiyyətlə şərh etməyib.