Qırğızıstan prezidenti Sooronbay Jeenbekov Dövlət milli təhlükəsizlik komitəsinin sədri Abdil Seqizbayevi tutduğu vəzifədən azad edib.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə dövlət başçısının rəsmi internet səhifəsində məlumat dərc olunub.
Abdil Seqizbayev 2015-ci ildə DMTK sədri vəzifəsini tuturdu.
Buna qədər o, keçmiş Qırğızıstan prezidenti Almazbek Atambayevin köməkçisi, prezident aparatının informasiya siyasəti şöbəsinin rəhbəri və informasiya siyasətləri üzrə müşavir vəzifələrində çalışıb.