Qırğızıstan Xarici İşlər Nazirliyi Özbəkistan səfiri vasitəsilə iki ölkənin sərhədində baş vermiş hadisə ilə bağlı nota göndərib.
ÇıxışYolu.Com Kommersant.ru-ya istinadla xəbər verir ki, bu barədə qurumun saytında məlumat yazılıb.
Qırğızıstan tərəfinin ehtimalına görə, aprelin 7-də özbək sərhədçilər öz ərazisində olan Quruluş kəndinin sakininə atəş açıblar. O, aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.
Özbəkistanın Sərhəd Xidmətində isə bildiriblər ki, Qırğızıstan sakini sərhədi pozub, sərhədçilərin əmrinə məhəl qoymayıb.
Qırğızıstanın baş naziri Sapar İsakov hadisə ilə bağlı araşdırma aparmağa və bu işə Özbəkistan hüquq-mühafizə orqanlarını da cəlb etməyə göstəriş verib.