Qırğızıstan Prezidenti Ağdam rayonunda məktəbin tikintisi barədə danışıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Ağdam rayonunda məktəbin tikintisi Qırğızıstanın münaqişələrdən zərər çəkmiş
regionlarda sülhün bərpa olunmasına töhfəsidir”.
AZƏRTAC
xəbər verir ki, bu sözləri Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan
Prezidentiİlham Əliyevlə birlikdə mətbuata bəyanatında söyləyib.
Qırğızıstan Prezidenti əlavə edib: “Sabah bu məktəbin təməlini qoymağı
planlaşdırırıq”.