9f74611e-ce74-4830-a965-5f8a6cc69d9e..jpg

Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub – VİDEO

Baxış sayı: 379 dəfə baxılıb.

Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasına dövlət səfərinə gələn Qırğız Respublikasının
Prezidenti Sadır Japarovun aprelin 24-də rəsmi qarşılanma mərasimi olub.

AZƏRTAC

xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda
Qırğızıstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovu
qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Qırğızıstan Prezidentinə raport verib.

Prezident Sadır Japarov Azərbaycan əsgərlərini salamlayıb.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Qırğız Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri
səsləndirilib.

Azərbaycan nümayəndə heyəti Qırğızıstan Prezidentinə, Qırğızıstan nümayəndə
heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti
İlham Əliyevin və Qırğızıstan Prezidenti Sadır Japarovun qarşısından keçib.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.


Source link