Qırğızıstan və Tacikistan dövlət sərhədi məsələlərində prinsipial razılığa
gəlib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Qırğızıstan və Tacikistan nümayəndə heyətlərinin rəhbərləri dövlət sərhədinin
delimitasiyası məsələsini müzakirə ediblər.
Məlumata görə, tərəflər bir neçə istiqamət üzrə prinsipial razılığa gəliblər.
“Biz əsas fundamental məsələləri müzakirə etdik. Həyati vacib məqamlar var
idi. Bu məsələlərdə prinsipial razılıq əldə olunub. Biz protokol, sənəd
hazırlamışıq. Bütün tərəflər tam razıdırlar. Biz irəliyə doğru çox əhəmiyyətli
bir addım atacağıq”, – deyə Tacikistan Dövlət Komitəsinin rəhbəri Saymumin
Yatimov bildirib.
Qeyd edək ki, iki ölkə arasındakı sərhədin uzunluğu təxminən 980 km-dir ki,
bunun da 400 km-i mübahisəli sayılır.
2022-ci il sentyabrın 14-də Qırğızıstan-Tacikistan sərhədində münaqişə baş
verib və bu münaqişə zamanı hər iki tərəfdən onlarla hərbçi həlak olub, 200-dən
çox vətəndaş yaralanıb.
Mənbə: vedomosti.ru